BBC News, Azərbaycanca - Xəbərlər
Bu günün xəbərləri

İtkin düşən azərbaycanlı hərbçilərin valideynlərinin etirazı: "Niyə ölü kimi axtarırsınız, diri kimi də axtarın"
Azərbaycanda 20-dən çox ailə aylardır ki, İkinci Qarabağ müharibəsində itkin düşmüş yaxınlarının taleyindən bixəbərdir.
"Su Suqovuşanda yox, Sərsəngdədir - o da ermənidədir"
Ötən il Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin başa çatmasından sonra illərdir ki, bölgədə mübahisə mənbəyi olan su çatışmazlığı problemi necə həll olunur.
Paşinyan Baş Qərargah rəisinin müharibə vaxtı dedikləri barədə məxfi sənədləri açıqlayıb
Ermənistan Təhlükəsizlik Şurası (TŞ) 2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın Şuranın 30 sentyabr 2020-ci il tarixli iclasında təqdim etdiyi məxfi məruzəni qismən açıqlayıb.
Rusiyalı həkimlər Qarabağda tibbi yardım göstərirlər, Azərbaycan ordusu daha iki hərbçisini itirib
Rusiyalı həkimlər Qarabağda tibbi yardım göstərirlər, Azərbaycan ordusu daha iki hərbçisini itirib, "Bir cənub şəhərində", "Babək", "Gümüşgöl əfsanəsi", "Burulğan" və başqa bədii filmlərin rejissoru olmuş Eldar Quliyev vəfat edib
Azərbaycanı nə gözləyir? ‘‘Əhalinin sosial halı ciddi pisləşməkdədir’’ – təhlilçilər
44 günlük müharibə nəticəsində 3 on illik işğal altında olmuş ərazilərinin böyük bir hissəsini azad edən Azərbaycan müharibədən sonra necə görünür? Ölkədə hansı problemlərin öhdəsindən gəlinib, hansı məsələlərdə isə dəyişiklik yoxdur?
YAP-dan istefa verən Elvar Mirzəoğlu: "Partiyadan istefa vermək qəbahətdir?"
Elvar Mirzəoğlunun 7 ildən çoxdur ki, üzvü olduğu partiyadan istefasına səbəb bir müddət əvvəl bir qrup müxalif qüvvəni birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılması olub.
Covid-19: Azərbaycan iqtisadiyyatı koronavirus qaydalarına uyğunlaşa bilirmi?
Bir ildən artıqdır ki, qlobal miqyasda davam edən Covid-19 pandemiyası və onunla bağlı yeni iş və yaşayış qaydaları "yeni normallıq" şəraiti yaradıb. Bəs Azərbaycan iqtisadiyyatı yeni qaydalara uyğunlaşa bilirmi?
Keçmiş Ermənistan prezidentlərinin Paşinyanın tənqidlərinə reaksiyası
Ermənistan prezidentlərindən Paşinyanın tənqidlərinə reaksiya, Dövlət İmtahan Mərkəzi ölkənin 11 şəhər və rayonunda 11-ci siniflər üçün buraxılış imtahanları keçirir, BBC News Azərbaycancanın xəbər icmalında.
Azərbaycanda koronavirus: 2317 nəfərdə yeni yoluxma faktı aşkarlanıb, 36 nəfər ölüb
Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 2317 yeni yoluxma faktı qeydə alınıb, 2109 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib.
Qarabağ müharibəsi
Bakıda sorğu: "Ermənistana dırnaq da verilməsini istəmirəm"
BBC News Azərbaycanca Azərbaycanın paytaxtı Bakıda sorğu keçirib. Bakı sakinlərindən onların Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibətləri və ermənilərlə azərbaycanlıların birgə yaşaya bilməsi barədə soruşulub.
Yerevanda sorğu: "Lazım gəlsə üç həftə yemək bişirmərik, amma qaz Azərbaycandan gəlməsin"
BBC News Azərbaycanca Ermənistanın paytaxtı Yerevanda sorğu keçirib. Yerevan sakinlərindən onların Rusiya qazının Azərbaycandan keçməklə Ermənistana verilməsinə münasibətləri və ermənilərlə azərbaycanlıların birgə yaşaya bilməsi barədə soruşulub.
Sülhəddin Əkbər: "Azərbaycan lazım bilsə, Rusiya sülhməramlılarını Qarabağdan çıxarar''
Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər Sual vaxtı proqramında Şuşada tapılan "İsgəndər" raketlərindən, Rusiyanın raketlərin atılması ilə bağlı səssiz qalmasından, Azərbaycan-Rusiya münasibətlərindən, İkinci Qarabağ müharibəsinin Ukrayna üçün nümunə təşkil etməsindən, Ukrayna-Rusiya arasındakı gərginlikdən və regiondakı siyasi-hərbi münasibətlərdən danışıb.
Neftçalada 14 yaşlı qızın üç il ərzində müxtəlif kişilər tərəfindən zorlandığı iddia edilir
BBC News Azərbaycancanın hadisə yerində olan müxbirləri azyaşlının ailəsi ilə danışa bilməyib. Danışmaqda, fikirlərini izah etməkdə çətinlik çəkən nənənin rabitəsiz nitqindən bircə o anlaşılır ki, azyaşlı qızı polislər harasa aparıblar və o, indi nəvəsini geri istəyir.
Tacik olduğu üçün Rusiyada nifrət edilən Manija: "Səhnəyə çıxacağam, oxuyacağam" - Eurovision 2021
LGBT icması, qadın haqları və miqrantların açıq dəstəkçisi olan Tacikistan əsilli pop ulduz Rotterdam şəhərindəki yarışmaya qadınları güclü olmağa səsləyən "Rus Qadını" mahnısı ilə gedir.
Pənah Hüseyn: “İlham Əliyev həmin məmur-oliqarx sisteminin həlledici tərkib hissəsidir”
BBC News Azərbaycancanın "Sual vaxtı" YouTube proqramının qonağı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir.
Bərdəyə kasetli bomba hücumunda yaralanan sakin: "Maraqlanan yoxdur"
Ötən payız Bərdəyə atılmış kasetli bombadan yaralanmış Arzu Aslanov hələ də canıyla əlləşir, hadisədən 5 aydan çox keçsə də, onun yaraları düzəlmir. Üstəlik, yaralanandan sonra da işini itirib.
Azərbaycan və bölgə
Erməni əsgərlərinin dəbilqələri Qənimətlər parkında – Azərbaycan “mənəvi haqqı”, Ermənistan “təhqir” hesab edir
Bakıda açılmış Hərbi Qənimətlər parkında 2-ci Qarabağ müharibəsindən qalma, erməni əsgərlərinə məxsus dəbilqə və çəkmələrin, eləcə də erməni hərbçilərinin manekenlərinin nümayişi Azərbaycanda həm tənqidi, həm də dəstəkləyici reaksiyalara səbəb olub.
İlham Əliyev ''İsgəndər-M'' barədə Rusiyadan cavab istəyir
Azərbaycan Rusiya istehsalı olan və bu ölkənin daxili istifadəsi üçün nəzərdə tutulmuş "İsgəndər-M" raketi qalıqlarının Şuşada tapılmasından sonra getdikcə daha açıq narazılıq ifadə etməkdədir.
Şuşa sakinləri: “Şəhəri tikəndə bizim də fikrimizi öyrənsinlər”
Azərbaycan hökuməti Şuşa şəhərinin bəzi yerlərdə söküntülər aparır. Şuşalılar söküntü və tikinti-quruculuq işləri ilə bağlı onların fikirlərinin soruşulmadığını bildirir. Rəsmi qurumlarsa bildirir ki, artıq iki aydır ki, Şuşada işlər başlayıb və bu söküntü və tukinti-quruculuq işləri şəhərin qədim görüntüsü, üslubu saxlanılmaqla həyata keçiriləcək.
Peskov Şuşada tapılan "İsgəndər" raketi ilə bağlı danışıb, İlham Əliyev: "Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır"
Dmitri Peskov Şuşada tapılan "İsgəndər" raketi ilə bağlı danışıb, İlham Əliyev deyib ki, "atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır", Rusiya Türkiyəyə uçuşları dayandırıb, Qarabağ müharibəsinə görə Kanada-Türkiyə arasında PUA üçün ixrac böhranı, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Neftçalada azyaşlının "3 il davam etmiş zorlanması:" "Daha heç kim gəlib onu evdən götürüb aparıb istismar etməyəcək"
Neftçalada bir neçə gün əvvəl bir azyaşlının 3 il davam etdiyi iddia olunan zorlanması hadisəsi bir neçə gün əvvəl ictimailəşib. Cinayət Məcəlləsinin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb, DİN bildirir.
Azərbaycanda koronavirusa yoluxanların sayı niyə artır? 5 suala cavabda
Son iki gündə Azərbaycanda Covid-19 virusundan ölən şəxslərin sayı 50-ni keçib. Son günlər koronavirusun yayılması ilə bağlı rəqəmlər də artan xətt üzrə inkişaf edir. Bəs, ölkədə koronavirusa yoluxanların sayı niyə artır?
Beynəlxalq
Kraliça İkinci Elizabeth-in həyat yoldaşı Şahzadə Philip-in dəfn mərasimi gələn şənbə günü keçiriləcək
Ötən gün Kraliça İkinci Elizabeth-in həyat yoldaşı Şahzadə Philip-in vəfatı ilə bağlı Britaniyanın müxtəlif bölgələrində və dənizdə yerləşən hərbi gəmilərin göyərtəsindəki toplardan atəş açılıb. Şahzadə Philipi-in vəfatı ilə bağlı dövlət binalarının üzərindəki bayraqlar endirilib.
Paşinyan: "Dağlıq Qarabağ xilas naminə ayrılmalıdır"
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində 2020-ci il Hökumət proqramının yerinə yetirilməsi haqqında illik hesabatı təqdim edərkən çıxış edib. O, çıxışında İkinci Qarabağ Müharibəsindən və müharibədən sonra baş verənlərdən danışıb.
Sosial media
Sevgi adası şousunun iştirakçısı “Qisas pornosu indi də mənə təsir edir”
Love Island (Sevgi Adası) şousunun seçim mərhələsinin keçmiş iştirakçısı Zara McDermott-un intim görüntüləri onun razılığı olmadan iki dəfə paylaşılıb. O, bu hadisənin onun psixikasına necə dağıdıcı təsir göstərdiyini təsvir edir və bu cür hərəkətin qurbanlarına daha çox dəstək verməyə çağırır.
Həyat
"Nə iş olur olsun, razıyam, bircə pul qazana bilim", Azərbaycanda işsiz gənclər
Azərbaycanda işsizlik ötən il artıb. Bu gün iş axtaranlar arasında çoxlu sayda tələbə də var - onlar əsasən, yarımgünlük iş saatları ilə maraqlanır.
Stresli vəziyyətlər yuxumuza niyə təsir edir?
BBC Bitesize proqramı həyatımızda baş verən gercək hadisələrin yuxularımıza niyə və necə təsir göstərdiyi barədə daha ətraflı məlumat almaq üçün Swansea Universitetindən psixoloq, professor Mark Blagrove ilə danışıb.
AstraZeneca vaksini və tromboz riski: Nə məlumdur? 6 suala cavabda
AztraZeneca şirkətinə məxsus peyvənd alan Azərbaycan bu vaksindən hələ ki, istifadə etməyib. Bu vaksinlərin ilk partiyası ölkəyə ötən həftə sonu çatdırılıb. Bu xəbər AstraZeneca vaksininin mümkün yan fəsadları ilə bağlı yayılan məlumatlara təsadüf edir. BBC News Azərbaycanca vaksinin riskli olub-olmaması barədə məlumatlara nəzər salıb.
Koronavirus vaksinləri: Mənim ölkəmdə vəziyyət necədir?
Vaksinasiya məsələsi ilə bağlı insanların əksəriyyətini daha çox bir sual düşündürür - mənə növbə nə vaxt gəlib çatacaq?
Covid-19: Vaksin vurdurandan sonra başqalarını xəstələndirə bilərsinizmi?
Mövcud Covid-19 peyvəndlərindən heç birinin insanların yoluxma hallarından tamamilə qorumasına dair heç bir dəlil yoxdur və bunun kollektiv immunitetin qazanılması perspektivinə təsiri var.
Britaniya alimləri: "Gündə 25 qram emal olunmuş ət yeyilməsi demensiya riskini 44 faiz artırır"
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib.
Dərgi
Covid-19 haqqında bildiyimiz və bilmədiyimiz
Son bir ildə pandemiyanın davam etdiyi müddətdə BBC Future bu məsələ ilə bağlı elmi araşdırmaları nəzərdən keçirməyə çalışıb. Nələri öyrəndik və hələ də bilinməyən nədir?
Fotoqalereya
Ermənistan müxalifətindən “aramsız etiraz aksiyalarına” çağırış - şəkillər
Bu gün Yerevanın mərkəzində yer alan nümayişin təşkilatçıları Baş nazir Nikol Paşinyan istefaya çıxana qədər "aramsız etiraz aksiyalarının" keçiriləcəyini elan ediblər.
2021-ci il dünya boyu maskalarda və izdihamsız qarşılanıb - şəkillər
Dünya boyu 31 dekabr axşamı əksər şəhərlərdə bu il fərqli keçib. Koronavirus pandemiyası səbəbindən kütləvi bayram tədbirləri ləğv edilib və sərt karantin məhdudiyyətləri olan bəzi ölkələrdə insanlara səs-küylü məclislər keçirməmək məsləhət görülüb.
Bunları da oxuyun
Edinburq Hersoqu Şahzadə Philip: İkinci Elizabeth-in ümidi və dəstəyi
Edinburq Hersoqu olan Şahzadə Filip Kraliçaya əzmkar və davamlı dəstəyinə görə geniş hörmət qazanıb.
Saraya yeniliklər gətirən Şahzadə
Edinburq hersoqu Filip yeniliyə açıq və dəyişikliyə meyilli müasir bir şəxsiyyət idi.
Edinburq Hersoqu Şahzadə Philip-in həyatı - Şəkillərdə
Şahzadə Filip70 ildən çox Kraliça II Elizabeth-in etibarlı dəstəkçisi olub.
Səyyah Hersoq
Monarxın yol yoldaşı qismində şahzadə Filip Kraliça ilə birgə yüzlərlə xarici səfərdə olub.
Ermənistanda seçki: Paşinyan gedərsə, onun yerinə kim gələ bilər?
Ermənistan növbədənkənar parlament seçkisinə hazırlaşır. Baş nazir Nikol Paşinyan müxalif parlament fraksiyaları və ölkə Prezidenti Armen Sarkisyanla danışıqlardan sonra erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib. Mərkəzi Seçki Komissiyası rəsmən seçki gününü elan etməsə də, siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar.
Azərbaycanda donorluq: mənim qanım satılırmı?
"Pula ehtiyacım olduğu üçün qanımı pulla satıram. İstəyən olsa, mənə yaza bilər," - bu, ən çox rast gəlinən qan satışı elanlarından biridir. Bəs, donor qanları necə, insanlar onların satılmadığına inanırmı?

