Android Lollipop
| Android Lollipop | |
|---|---|
| | |
| | |
| Buraxılış tarixi | 3 noyabr 2014 |
| Son versiya |
|
| Paketlər menecerləri | Android Application Package |
| Növbəti | Android Marshmallow |
| Veb-saytı | android.com/versions/lol… |
Android Lollipop və ya Android 5.0–5.1.1 Lollipop — Google tərəfindən hazırlanmış Android mobil əməliyyat sisteminin 12-ci versiyasıdır . Google yeni versiya haqqında məlumatı 25 iyun 2014-cü ildə Google I/O konfransında açıqladı. Google adətən yeni versiyalarına Latın əlifbasından bir sıra hərflərdən istifadə edərək ad verir və yeni versiyaya həmin hərflə başlayan yemək adı verir. Bu dəfə yeni versiyanın kod adı A, B, C, D, E, F, G, H, I, J, K hərflərindən sonra "Android L" idi. Daxili olaraq versiyaya "Lemon Berengue Pie" kod adı verildi. 15 oktyabr 2015-ci ildə Google yeni versiyanın adının "L" hərfinə uyğun və dünyanın ən populyar konfetlərindən birinə aid olan "Lollipop" olacağını açıqladı . 5.0 versiyası 28 oktyabr 2015-ci ildə istifadəçilərə təqdim edildi. Versiya Linux nüvəsi 3.16.1 üzərində qurulub. Yeni versiya ilk dəfə "over-the-air" (OTA) vasitəsilə yeniləmə kimi təqdim edildi . Onun mənbə kodu 3 noyabr 2014-cü ildə buraxıldı.